Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası (ASTTDA) arasında uzunmüddətli əməkdaşlıq və assosiativ üzvlük haqqında memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənəd AZTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov və ASTTDA-nın sədri Ruslan Quliyev tərəfindən imzalanıb.
Memorandumun imzalanmasında əsas məqsəd turizmin inkşafına töhfə vermək, turizm təşkilatları arasında əməkdaşlığı inkşaf etdirmək, Azərbaycanın sağlamlıq turizmi imkanlarını xarici ölkələrdə tanıtdırmaq, turizmin bu növünü muasir tələblərə uyğun formalaşdırmaq və səmərəli tərəfdaşlıq etməkdən ibarətdir.
Nazirlikdən qeyd ediblər ki, bu əməkdaşlıq sağlamlıq turizminin inkşafına, xarici turistlərin və yeni investisiyaların cəlb olunmasına xidmət edəcək.
A.Zeydullayeva