16 yanvar 2015-ci il tarixində bank VTB (Azərbaycan) “Qan donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyası ilə birgə növbəti dəfə talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil edib. Qanvermə aksiyası bank VTB (Azərbaycan)-ın baş ofisində keçirilib. Aksiyanın keçirilməsi üçün tibbi heyət Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub.
Qanvermə aksiyasına bankın 85-dən çox əməkdaşı qatılıb. Nəticədə 16 litrdən çox qan toplamaq mümkün olub. Hər bir donorun qanı əvvəlcədən virus və hər hansı xəstəliyə qarşı ciddi analiz edilib.
“Bank VTB (Azərbaycan) ölkənin sosial həyatında fəal iştirak edir. Donor qanına ehtiyacı olan uşaqlara kömək etmək hər birimizin borcudur. Bankın kollektivi bu kimi aksiyaları dəfələrə keçirib və xeyriyyəçilik fəaliyyətini gələcəkdə də davam etmək niyyətindədir”, - deyə, bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub