Yanvarın 24-də Bakı Caz Mərkəzində məşhur perkussionist, Azərbaycanın əməkdar artisti Tofiq Cabbarovun musiqi layihəsinin təqdimatı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
T.Cabbarovun “Bossa-Nova” layihəsində Nərminə Seyidova (vokal), Elçin Məmmədov (fortepiano), Vyaçeslav Şerba (bas-gitara), Zaur Mirzəyev (saksafon), Eldar İsababayev (gitara) və Səlim Rzayev (zərb alətləri) iştirak edirlər.
Məlumata görə, fevralın 21-də Rusiyanın populyar “Qolos” teleşousunun azərbaycanlı iştirakçısı Fərid Əsgərovun konserti olacaq.
A.Zeydullayeva