2014-cü ildə Azərbaycanda səhiyyə sahəsinin inkişafına dövlət büdcəsinin xərcləri 725 mln. manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin yekunlarına dair məlumatında deyilir.
Beləliklə, ötən il səhiyyə sahəsində xərclər 17% artıb, gələn il isə sahiyyə sahəsinin büdcə maliyyələşdirməsinin həcmi 777 mln. manata çatacaq.
Məlumatda qeyd edilir ki, 2014-cü ildə səhiyyə sahəsində məqsədli dövlət proqramlarının reallaşmasına 86 mln. manat yönəldilib.
Bundan başqa, 2014-cü ildə 66 tibb müəssisəsi inşa edilərək təmir olunub, onların 66-sı Bakıda, 48-i regionlarda fəaliyyət göstərir.
2015-ci ilin əvvəlinə respublikada 32,9 min həkim, 57,9 min orta səviyyəli tibb personalı çalışır, 567 xəstəxana, 1,763 poliklinika fəaliyyət göstərir.
2014-cü ildə Azərbaycanda dizenteriyaya yoluxma halları 50%, pedikülyoz ilə - 59,1%, qoturluq ilə - 26,1%, viruslu hepatitlə - 18,8%, epidemic parotit ilə - 8 dəfə azalıb.
A.Zeydullayeva