Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il təbiəti mühafizə sahəsində qanunvericliyin pozulmasına görə 727 vəzifəli şəxsi 4634 manat məbləğində cərimə edib. Bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin yekunlarına dair məlumatında deyilir.
1573 müəssisədə müayinələr aparılıb, nəticədə su hövzələrinin möhkəmləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində və hər dörd müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.
Bundan başqa, məlumat verilir ki, respublikada 11 təbiət qoruğu (209,1 min hektar), 9 milli park (322,3 mln. hektar), o cümlədən 24 dövlət yasaqlığı mövcuddur.
Bütövlükdə xüsusi mühafizə olunan təbiət əraziləri respublikanın ümumi ərazisinin 10,3%-ni təşkil edir.
A.Zeydullayeva