Bakının Hövsan qəsəbəsində yerləşən 118 nömrəli orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
118 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri bu gün səhər məktəbin direktoru Qardaşxan Səlimovun şagirdləri təhqir etməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Hazırda Təhsil İdarəsinin əməkdaşları hadisə yerindədirlər. Məktəbin idarə olunması Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Bundan başqa, bildirilir ki, aksiya zamanı 22 yaşlı Elmar Əliyevin vəziyyəti pisləşib və o vəfat edib.
E.Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Suraxanırayon şöbəsinə gönədrilib. E.Əliyevin ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları vəziyyətə nəzarət edirlər.
A.Zeydullayeva