Bakı polisi narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları Sumqayıt sakini Əlif Əliyevi saxlayarkən ona məxsus çantada 9,5 kq marixuana aşkarlayıblar.
Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz yolla əldə edilməsi, saxlanılması və satılması) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq gedir.
C.Həmidov