Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) qaz, su və kanalizasiya boru kəmərlərinə tətbiq olunan 6 dövlət standartını təsdiq edib.
Standartların təsdiq edilməsi haqqında müvafiq fərman Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc olunub.
Xüsusilə AZS 805-1-2014 (EN 1555-1:2010) “Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər” (1 nömrəli əlavə); AZS 805-2-2014 (EN 1555-2:2010) “Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular” (2 nömrəli əlavə); AZS 805-3-2014 (EN 1555-3:2010) “Yanar qazların nəqli üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər” (3 nömrəli əlavə) dövlət standartları təsdiq edilib.
Bundan başqa, AZS 806-1-2014 (EN 12201-1:2011) “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər” (4 nömrəli əlavə); AZS 806-2-2014 (EN 12201-2:2011) “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular” (5 nömrəli əlavə); AZS 806-3-2014 (EN12201-3:2011) “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər” (6 nömrəli əlavə) dövlət standartları datəsdiq olunub.
N.Abbasova