2014-cü ildə Azərbaycan əhalisi ticarət obyektlərindən 22 mlrd. 1,7 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da 2013-cü ilin göstəricisindən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 11 mlrd. 23,2 min manatlıq ərzaq (2013-cü illə müqayisədə artım 3,9%), 10 mlrd. 978,5 min manatlıq qeyri-ərzaq malları (artım 16,2 %) alıb.
2014-cü ildə Azərbaycan əhalisinə 7 mlrd. 16,4 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2013-cü ilin göstəricisindən 7,2% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 74%-i və ya 5,2 mlrd. manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,7%).
N.Abbasova