Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Azərbaycanın neft salnaməsi” sərgisi öz işini yekunlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Sərgini ölkə və xarici vətəndaşlar olmaqla, 2104 nəfər ziyarət edib. Sərgi iştirakçılarına “İrs - Наследие” beynəlxalq jurnalının rus və ingilis nömrələri hədiyyə edilib.
Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş sərgidə Azərbaycanın neft tarixi ilə bağlı 600-dək eksponat, “Neft” silsiləsindən 10 orijinal litoqrafiya nümayiş etdirilib.
Sərgini Bakı Dövlət Universiteti, Azərbaycan Ali Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, “Xəzər” Universiteti, Azərbaycan Neft kolleci, Bakı Neft - Energetika Kolleci, Ali hərbi məktəbin hazırlıq qrupunun kursları, “Kaspi” liseyi, Elitar gimnaziya, həmçinin orta məktəblərin müəllim-şagird kollektivləri ziyarət ediblər.
A. Zeydullayeva