2014-cü ildə “TuranBank” aktivlərini 31% - 320,1 mln. manata qədər artırıb. Bu barədə bankın məlumatında qeyd edilir.
2015-ci il yanvarın 1-nə bankın kredit portfeli 220,6 mln. manata (artım 24%) bərabərdir.
Cari ilin əvvəlinə bankın depozit portfeli 143,9 mln. manat (artım 33%), o cümlədən əhalinin əmanətləri 72,2 mln. manat (artım 17,7%) təşkil edib.
Bu dövrdə kapital 55,1 mln. manata (artım 14%), nizamnamə kapitalı 47 mln. manata (artım 7%) bərabərdir.
2014-cü ilin yekunları üzrə bankın gəlirləri 33,346 mln. manat, xərcləri 26,533 mln. manat, xalis mənfəəti 5,601 mln. manat təşkil edib.
“Turanbank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdir (70,89%).
A.Əzizov