S.Vurğun adına Rus Dram Teatrının səhnəsində ilk dəfə olaraq Moskvanın uşaq teatrlarının aparıcı aktyorlarının tamaşaları nümayiş etdiriləcək. Teatrdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, moskvalı aktyorlar iki musiqili nağılı - “Çippolinonun macəraları” və “Çəkməli pişik” tamaşalarının premyerasını keçirəcəklər.
Tamaşalar məktəblilərin yaz tətili və Novruz bayramı günlərində (20-22 mart) nümayiş etdiriləcək.
Tamaşalar saat 12:00-da və 15:00-da başlayacaq, biletlərin qiyməti 12-20 manat arasında dəyişir.
A.Zeydullayeva