2014-cü ildə Azərbaycanda içki istehsalı 2013-cü ilin göstəricisi ilə müqayisədə 8,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2014-cü ildə respublikada pivə istehsalı 0,5% - 5 mln. 246,3 min dekalitrədək artıb.
Hesabat ilində 668,7 dekalitr araq (azalma 7,8%), 999,9 dekalitr şərab (artım 22,3%), 88 min dekalit likör (azalma 51,7%), 9,2 min dekalitr şampan şərabı (azalma 43,6%), 190,5 min dekalitr brendi (konyak - artım 43,8%) istehsal olunub.
2014-cü ildə Azərbaycanda alkoqolsuz içki istehsalı 2013-cü illə müqayisədə 6% - 27 mln. 397,1 min dekalitrədək artıb.
2014-cü ildə ölkədə tütün məmulatlarının istehsalı 2013-cü illə müqayisədə 1,7 dəfə artıb. Hesabat ili ərzində Azərbaycanda 2 min 430,2 ton fermentlənmiş tütün (artım 15,1%) və 2 mlrd. 15,2 mln. siqaret (artım 2 dəfə) istehsal olunub.
N.Abbasova