Prezident İlham Əliyev və “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni arasında keçirilmiş görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş cümə axşamı Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.
Söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.
R.Babayev