2014-cü ildə Azərbaycanda sığortaçıların sığorta haqları 429,2 mln. manat təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 5,8% çoxdur. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov cümə axşamı mətbuat konfransında məlumat verib.
“2014-cü il ərzində sığortaçıların ödənişləri 157,1 mln. manat təşkil edib və 2013-cü illə müqayisədə 28% artıb”, - deyə O.Bayramov qeyd edib.
Onun sözlərinə görə, hesabat ili ərzində sığortaçılar sığorta haqlarının hər 100 manatı üçün 36,6 manat məbləğində ödəniş həyata keçiriblər, 2013-cü ildə isə bu göstərici 30,3 manat təşkil edib.
A.Əzizov