2014-cü ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 22,7% - 8,8 mlrd. manata qədər artıb. Bu barədə bankın mətbuat xidmətinin məlumatında qeyd edilir.
1 yanvar 2015-ci il tarixinə ABB-nin kredit portfeli 5 mlrd. 868 mln. manata (artım 16,6%), o cümlədən istehlak kreditləri 678,5 mln. manata bərabərdir.
2014-cü ildə bankda əhalinin əmanətləri 7,3% - 1 mlrd. 730 mln. manatadək artıb.
Cari ilin əvvəlinə bankın kapitalı 1 mlrd. 8,4 mln. manat, nizamnamə kapitalı 590,2 mln. manat təşkil edib.
2014-cü ildə bankın gəlirləri 585,8 mln. manat, xalis mənfəəti 64,5 mln. manat təşkil edib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov