2014-cü ildə Azərbaycanda yanğınlar nəticəsində həlak olanların sayı 59 nəfər təşkil edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında dərc edilmiş rəsmi statistik məlumatda qeyd olunur.
Bu göstərici 2013-cü ilin məlumatına nisbətdə iki nəfər azdır.
Ötən il respublikada yanğından zərərçəkənlərin sayı 99 nəfər təşkil edib ki, bu 2013-cü ilin göstəricisindən 12 nəfər çoxdur.
Hesabat dövrü ərzində FHN əməkdaşları tərəfindən yanğın yerlərinə çağırışlar üzrə operativ olaraq 11 min 84 çıxış edilib. Müqayisə üçün, 2013-cü ildə bu göstərici 8 min 708 çıxış təşkil edib.
Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar üzrə 2225 çıxış, açıq sahələrdə yanğınlar üzrə 6538 çıxış, nəqliyyat vasitələrində yanğınlar üzrə 381 çıxış, meşə və meşə zolağı üzrə 38, digər yanğınlar üzrə 1920 çıxış qeydə alınıb.
Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar zamanı 43 nəfər (71 nəfər xəsarət alıb), nəqliyyat vasitələrində yanğınlar nəticəsində 10 nəfər (9 nəfər xəsarət alıb), digər yerlərdə baş vermiş yanğınlar nəticəsində 6 nəfər (19 nəfər xəsarət alıb) həlak olub.
R.Babayev