2014-cü ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr, həmçinin partlayışlar nəticəsində 93 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilmiş rəsmi statistik məlumatda deyilir.
Bu, 2013-cü ilin göstəricisindən 11 nəfər çoxdur.
Nazirliyin statistik məlumatlarına əsasən, ötən il Azərbaycanda 11 min 288 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü illə müqayisədə 1073 hadisə çoxdur.
Təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub (2013-cü ildə 75) və 176 nəfər xəsarət alıb (2013-cü ildə 127). Nazirliyin əməkdaşları 30 nəfəri xilas, 856 nəfəri təxliyə ediblər.
Ötən il respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü illə müqayisədə 7 hadisə çoxdur.
Partlayışlar nəticəsində 16 nəfər həlak olub, daha 75 nəfər xəsarət alıb.
R.Babayev