2014-cü ildə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətisığorta şirkətlərinin rəhbər əməkdaşlarını çatışmazlıq və pozuntulara görə 5,85 min manat məbləğində cərimə edib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti XidmətininLisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayevcümə axşamı mətbuat konfransındabəyan edib.
“2014-cü ildə Xidmət tərəfindən 11 sığorta şirkətində yoxlamalar aparılıb, onlardan 10-da pozuntular aşkar edilib. Aşkar edilən pozuntular əsasında iki sığorta şirkətinin lisenziyasının dayandırılmasına dair qərar qəbul edilib. Şirkətlərdən biri pozuntuları aradan qaldırıb və onun lisenziyası bərpa olunub”, - deyə M.Abdullayev bildirib.
Onun sözlərinə görə, qeydə alınan pozuntular və çatışmazlıqlar əsasında sığorta şirkətlərinin 22 rəhbər əməkdaşına 5,85 min manat məbləğində inzibati cərimə tətbiq edilib.
M.Abdullayev qeyd edib ki, 2014-cü ildə nazirlik tərəfindən 11 sığorta şirkətinə təkrarsığorta fəaliyyəti üçün lisenziya verilib.
Bundan başqa, ötən il nazirlik 109 fiziki və 2 hüquqi şəxsə agent fəaliyyəti üçün lisenziya verib.
A.Əzizov