Niderlandın “Damen Shipyards Group” şirkəti Azərbaycanda mülki və xidməti gəmilərin istehsalına maraq göstərir. Bu barədə şirkətin sədri Kommer Damen Davosda Azərbaycan prezidenti ilə görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, görüşdə “Damen Shipyards Group” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında artıq səmərəli əməkdaşlığın başlandığı vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev