Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri hazırda 13 mindən artıq tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərirlər. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Onlardan 10 min 753 nəfəri yaşı 70-dən yuxarı olanlardır.
Müvafiq qanunvericiliyə uyğun olaraq şəhər və qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir.
Sosial işçi həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərir.
R.Babayev