Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri Komandanı, general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvi ikitərəfli hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Həmçinin regional hərbi-siyasi vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə mövzusu olub.
Z.Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin Ali Baş Komandanın rəhbərliyi ilə Vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduğunu İ.Əl-Ələvinin diqqətinə çatdırıb.
F.İsazadə