2014-cü ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 mlrd. 828 mln. 341,9 min nəfər təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 4,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu vasitəsi ilə daşınan sərnişinlərin sayında 1% - 2 mln. 532,8 min nəfərə qədər, dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında isə 8,8% - 14,9 min nəfərə qədər artım qeydə alınıb. Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1 mln. 790,4 min nəfərə qədər (7,6%), metro vasitəsi ilə daşınan sərnişinlərin sayı 215 mln. 471,7 min nəfərə qədər (4,3%) artıb.
2014-cü ildə avtomobil nəqliyyatı vasitəsi ilə 1 mlrd. 608 mln. 532,1 min sərnişin (artım 4,8%) daşınıb. Bununla yanaşı, qeyd edilən dövrdə avtobuslarla 1 mlrd. 548 mln. 332,7 min sərnişin (artım 4,7%), taksilərlə 60 mln. 199,4 min sərnişin (artım 6,7%) daşınıb.
N.Abbasova