Yanvarın 29-da “Yay” Qalereyası almaniyalı rəssam Marqret Ayherin “Təsvirlər quruluşu” adlı fərdi ekspozisiyasını təqdim edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
M.Ayher qobelen sənəti üzrə ixtisaslaşan konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan təsvirləri barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur.
M.Ayherin əsərləri yalnız ona xas olan tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edir. Bu cəhət onun qobelenlərini olduqca yerinə düşən edir.
Sərgi martın 19-na qədər davam edəcək.
A.Zeydullayeva