Bu gün Bakıda Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr edilmiş “Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Təqdimat AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilib.
Muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir. Məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, akademik Rafael Hüseynovdur.
A.Zeydullayeva