Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin magistratura və tibb ixtisaslarınınrezidenturasəviyyələrinə qəbul imtahanlarının tarixlərini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nin mətbuat xidmətindən məlumat verilir.
Belə ki, ali təhsil müəssisələrininmagistraturasəviyyəsinə elektron ərizə qəbulu 3-12 fevral, qəbul imtahanının birinci mərhələsi 22 fevral, proqram seçimi 1-10 aprel, ikinci mərhələ 26 aprel, ixtisaslaşma seçimi 7-12 may, boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyun tarixlərində keçiriləcək.
Bundan başqa, 16-23 fevral tarixlərində keçiriləcək ali təhsil müəssisələrinin tibb ixtisaslarınınrezidenturasəviyyəsinə ərizə qəbulunun tarixi müəyyənləşib. Qəbul imtahanının birinci mərhələsi 15 mart, ikinci mərhələsi 7 iyun, ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul tarixlərində keçiriləcək.
Ali təhsil müəssisələrininbakalavriatsəviyyəsi üçünsınaqimtahanları 5,12, 19 aprel və 3 may tarixlərində keçiriləcək.
A.Zeydullayeva