Maliyyə Nazirliyi sığorta agenti kimi fəaliyyət göstərən 20 fiziki şəxsin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında deyilir.
Müddətsiz lisenziyaları ləğv edilən fiziki şəxslər bunlardır: Əliağa Abbasov, Emin Abdullayev, İlqar Ağayev, Anar Cəlilov, Aqil Eminov, Zaur Əhmədov, Lalə Haqverdiyeva, Elmar Həsrətov, Sultan Hüseynov, Kamran Məmmədov, Vüsal Məmmədov, Fəridə Məmmədova, Zamiq Mirzəliyev, Sultan Rəhimli, Möhsün Səfərov, Əliağa Şirinov, Şirin Şirinov, Vaqif Şirinov, Fuad Tağıyev və Qələndər Vəliyev.
Maliyyə Nazirliyi bu şəxslərin lisenziyalarının ləğv edilmə səbəblərini açıqlamır.
A.Əzizov