Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanda Azərbaycanla Avstriya arasında iqtisadi, ticarət, enerji və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Bu barədə bazar ertəsi Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
E.Məmmədyarov yanvarın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriya-Azərbaycan Ticarət Palatasının üzvləri, Avstriya parlamentinin nümayəndələri və iş adamlarının iştirakı ilə birgə görüş keçirib.
Görüşdə iqtisadi əməkdaşlığın inkişafında biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd olunaraq, Azərbaycan və Avstriya hökumətlərinin dəstəyi ilə qarşılıqlı biznes səfərləri və forumların təşkili müzakirə edilib.
F.İsazadə