SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ildə 7 mlrd. 246,1 mln.kubmetr qaz hasil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2014-cü ilin dekabr ayında şirkət 595,3 mln. kubmetr qaz neft hasil edib, ümumilikdə Azərbaycanda qaz hasilatı 2 mlrd. 448 mln. kubmetr təşkil edib.
Daha öncə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən verilən məlumata görə, 2014-cü ildə şirkət qaz hasilatını 7 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırmışdı.
2013-cü ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 29 mlrd. 450,6 mln. kubmetr təşkil edib ki, bunun da 7 mlrd. 139,7 mln. kubmetri SOCAR-ın payına düşüb.
N.Abbasova