Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının (The İslamic Manuscript Assosation) üzvü seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
İslam Əlyazmaları Assosiasiyası islam əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış Beynəlxalq qeyri-kommersiya təşkilatıdır
Assosiasiyanın dünyanın 25 ölkəsindən (Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü var.
A.Zeydullayeva