İyulun əvvəlində 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, ASA-nın təsisçilərinin ümumi toplantısında iyulun əvvəlində Forumun keçirilməsi təsdiq edilib.
Bundan başqa, toplantıda fevralın sonunda Sığorta Agentlərinin 3-cü Milli Forumunun keçirilməsi təsdiqlənib.
Məlumatda vurğulanır ki, toplantıda ASA rəhbərliyi 2014-cü il büdcəsinin icrası barədə hesabat verib. O cümlədən 2015-ci il üçün büdcə planı təsdiq edilib.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Əzizov