2015-ci ilin əvvəlinə Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı 35,5% azalaraq 92,514 min təşkil edib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5% artaraq 155 manata çatması ilə müşaiyət olunub”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşıb.
“Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq”, - deyə S.Müslümov vurğulayıb.
R.Babayev