Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 69 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövrü ərzində (19-25 yanvar) baş vermiş bədbəxt hadisələr nəticəsində 9 nəfər həlak olub, 11 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 3 nəfər qətldə, 7 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 30 nəfər oğurluqda, 12 nəfər qarətdə, 10 nəfər avtomobil qaçırmaqda, 3 nəfər insan alverində, 3 nəfər xuliqanlıqda, 5 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 14 fakt qeydə alınıb.
C.Həmidov