SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ildə əhaliyə 2 mlrd. 473 mln. 576,546 min kubmetr həcmində təbii qaz satıb. Bu barədə SOCAR-ın saytında dərc edilmiş məlumatda deyilir.
Hesabat ili ərzində əhali sektoru üzrə toplanmış vəsaitin həcmi 101,8% təşkil edib (debitor borcların ödənilməsi nəzərə alınaraq - İF-Az).
2014-cü il ərzində qeyri-əhali sektoru üzrə 2 mlrd. 18,529 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,71% vəsait toplanıb.
Ötən ilin dekabr ayı ərzində 404 mln. 77,097 min kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 89,2% vəsait toplanıb.
1 yanvar 2015-ci il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 120,650 min məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.
2014-cü il ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 84 757 yeni abonent qeydiyyata alınıb ki, bunun da 44 656-sı Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 40101-i isə regionların payına düşüb.
Təkcə dekabr ayı ərzində 7448-i Bakı, Sumqayıt və Abşeronda, 3972-i isə regionlarda olmaqla 11420 yeni abonent qeydiyyata alınıb.
N.Abbasova