Fevralın 21-də Bakıda növbəti 2-ci «Mövsüm Səyahət Yarmarkası» keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq yarmarkada 25 turizm şirkəti və mehmanxananın nümayəndələri iştirak edəcək.
Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi məqsədi ilə baş tutacaq növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil edilir. Yarmarkada Azərbaycan daxilində reallaşdırılacaq Novruz turları barədə məlumat təqdim ediləcək.
A.Zeydullayeva