Yanvarın 28-də Bakıda Qazaxıstanın Aktau şəhərində yerləşən Manqistau vilayət filarmoniyasının qastrol səfəri olacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Qastrollar Mədəniyyət və Turizm Nazirliyi və Manqistau vilayəti akimatlığının (qubernatorluğunun) dəstəyi ilə keçiriləcək.
Qastrollar iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, qardaş xalqların mədəniyyət və incəsənətinin təbliği məqsədini daşıyır.
60 nəfərdən ibarət orkestrin konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Konsertdə qazax milli alətlərinin ifaları olacaq, Azərbaycan, Qazaxıstan və dünya klassik musiqiləri səsləndiriləcək.
A.Zeydullayeva