Fevralın 2-5-də Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsirinin təhlili” mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və bir sıra ölkələrin nümayəndələri iştirak edəcək.
Seminarın keçirilməsində məqsəd makroiqtisadi siyasətlərin əmək bazarına təsiri, bu siyasətlərin məşğulluq strategiyaları və əmək bazarına uyğunluğu, gənclərin məşğulluğunun təşviqi, sosial və əmək bazarı siyasətinin yerinə yetirilməsi və s. məsələlərin, eləcə də demoqrafik, sosial və əmək bazarı tendensiyalarının ətraflı təhlil edilməsidir.
R.Babayev