Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov vəVyetnamın sənaye və ticarət naziri Vu Huy Hoang iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Həmçinin enerji sahəsində əməkdaşlıq, Azərbaycanın neft avadanlığı istehsal edən şirkətlərinin Vyetnam bazarına çıxarılması və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub.
Görüş zaman iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın yaradılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
F.İsazadə