Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının məqaləsi Bərpa Olunan Enerji üzrə Qlobal İnnovasiyalar Cəmiyyətinin saytında yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Elmi məqalə institutun direktoru, akademik Vaqif Abbasov və bir qrup əməkdaş tərəfindən hazırlanıb. Belə ki, material bərpa olunan enerji tədqiqatları sırasında açar məqalə kimi seçilib.
Beynəlxalq cəmiyyət hər il akademik auditoriya və istehsalat-elm işçiləri, habelə əsas akademiya institutları və istehsal şirkətləri tərəfindən təqdim edilmiş işləri nəzərdən keçirir.
AMEA-dan qeyd ediblər ki, məqalələrin Bərpa olunan Qlobal Enerji İnnovasiyalar Cəmiyyəti tərəfindən saytda yerləşdirilməsi geniş imkanlar yaradır. Bu, qlobal mühitin yaradılmasında olduqca vacib məsələdir.
A.Zeydullayeva