Azərbaycanda hər ay 51,618 min vətəndaş Prezident təqaüdü alır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Son bir il ərzində Prezident təqaüdü alan vətəndaşların sayı 16,637 nəfər və ya 47,5% artıb.
Ümumilikdə son il ərzində dövlət başçısının müvafiq fərmanlarına əsasən, Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% artırılıb.
Nazirliyin məlumatına görə, cari ilin əvvəlindən dövlət başçısının 11 avqust 2014-cü il tarixli Fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də aylıq 200 manat olmaqla Prezident təqaüdü təyin olunur.
R.Babayev