Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ana ilə oğlu həlak olublar. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bazar ertəsi saat 18:00 radələrində Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daewoo” markalı avtomobillə Bakı sakinləri Vüsalə Qəmbərovanıvə onun oğlu Vaqifi vurub.
Qəza Abşeron rayonunun Sulutəpə qəsəbəsində baş verib.
Xəstəxanaya yerləşdirilən yaralılar orada vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
R.Babayev