SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın bir sıra yaşayış məntəqələrində qaz təchizatına məhdudiyyət qoyub. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Yaşma-Siyəzən” magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zaqatala”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Şıxlı”, o cümlədən Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ələt” və “Qubaxəlil” Qazpaylama stansiyalarında təmir işləri ilə əlaqədar Qazax rayonunun Şıxlı, İsmayıllı rayonun Qubaxəlilli kəndlərinin qaz təchizatında fasilələr yaranıb”, - deyə məlumatda bildirilir.
Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına da təsir göstərməsi mümkündür.
N.Abbasova