İranın Naxçıvan Muxtar Respublikasınayeni baş konsulu təyin edilib. Bu barədə “AzərTAc” dövlət agentliyi məlumat verib.
Yeni baş konsul Mənsur Ayrım bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, sosial və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.
Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin 4 dəfə görüşü, qarşılıqlı rəsmi səfərləri iki qonşu ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsi üçün mühüm zəmin yaradıb.
O cümlədən ötən ilin avqust ayında İran-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının Bakıda keçirilən iclası buna imkan yaradıb.
M.Ayrım İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu vəzifəsinin icrasına cari ilin mart ayında başlayacaq.
R.Babayev