Milli Televiziya və Radio Şurasının üzvü Nuşirəvan Məhərrəmov təşkilatın sədri seçilib. Bu barədə MTRŞ-nin rəsmi saytında məlumat verilir.
Bu qərar Milli Televiziya və Radio Şurasının çərşənbə günü keçirilən iclasında qəbul edilib.
Bazar ertəsi prezident İlham Əliyev N.Məhərrəmovun altı il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi barədə sərəncam imzalayıb.
R.Babayev