Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov regional əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
E.Məmmədyarov və Q.Berdiməhəmmədov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Cümə axşamı Aşqabadda keçirilən görüş zamanı E.Məmmədyarov Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq səviyyəsindən məmnunluğunu bildirib.
Bundan başqa, iqtisadiyyat, ticarət, elm, təhsil sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
F.İsazadə