Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçirdiyi bərpa olunan enerji mənbələri mövzusunda qısametrajlı filmlər müsabiqəsində azərbaycanlı Hüseyn Qulamov qalib olub. Bu barədə bankın məlumatında qeyd edilir.
Bu il 61 ölkədən 225 nəfər müsabiqədə iştirak etmək üçün ərizə təqdim edib.
Mükafatı H.Qulamova AYİB-
in xarici əlaqələr şöbəsinin rəhbəri Antoni Vilyams bankın Londondakı mənzil-qərargahında keçirilən mərasim zamanı təqdim edib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür.
A.Axundov