Baş prokurorZakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun Kadrlar İdarəsinə və Beynəlxalq Əlaqələr İdarəsinə yeni rəislər təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Z.Qaralovun əmri ilə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar İdarəsinə, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
N.Rəcəbov bundan əvvəlPrezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, E.Əlixanov Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıblar.
F.İsazadə