Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayır.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, parlamentin birinci plenar iclasının gündəliyinə 11 məsələ daxil edilib.
Bazar ertəsi deputatlar Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələləri nəzərdən keçirəcəklər.
Plenar iclasın gündəliyinə,həmçinin Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə və "Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihələri ilə bağlı məsələlər daxil edilib.
Bundan başqa, deputatlar “Yanğın təhlükəsizliyi haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", Yol hərəkəti haqqında", Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Reklam haqqında" qanun layihələrini müzakirə edəcəklər.
R.Babayev