2015-ci il fevralın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $78 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Belə ki, fondun hesabında 60 mln. 904,961 min manat, 211,791 min ABŞ dolları və 593 avro vəsait toplanıb.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin fərmanı ilə 2002-ci ildə yaradılıb.
Y.Əliyev