Ötən həftə Azərbaycan polisi axtarışda olan 87 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə (26 yanvar-1 fevral) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 14 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 1 nəfər qətldə, 8 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 31 nəfər oğurluqda, 12 nəfər qarətdə, 3 nəfər avtomobil qaçırmaqda, 1 nəfər insan alverində, 4 nəfər dələduzluqda, 1 nəfər saxta pul kəsməkdə şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 12 fakt qeydə alınıb.
C.Həmidov